Azərbaycan Dövlət İqtisad Universitetinin ELMİ XƏBƏRLƏRİ

Pandemiyaların səbəb olduğu iqtisadi fəsadlar

R.R.Mustafayeva, F.V.Süleymanov.

Mündəricat

Xülasə

Məqalədə son yüz ildə dünyada baş verən dörd əsas pandemiya haqqında qısa tarixi məlumatlar yer almışdır. Bununla yanaşı, pandemiyaların Yer kürəsində nə qədər insan tələfatına və iqtisadi itkilərə səbəb olduğu öz əksini tapmışdır. Tədqiqat işinin məqsədi son baş verən pandemiyanın yaranması səbəbi haqqında qısa təsvir vermək-lə, onun səbəb olacağı iqtisadi itkiləri minimum səviyyəyə endirmək üçün lazım olan çıxış yollarını göstərməkdir. Mövzunun aktuallığı ondan ibarətdir ki, pandemiyaların xarakterik olduğu zamanlarda iqtisadiyyatın yalnız bir sahəsində deyil, bir çox sahə-lərində istehsal üzrə mövcud vəziyyət əvvəlki illə müqayisədə geriləmələrə məruz qalır. Belə ki, həmin vaxtlarda həyati vacib sahələrdə istehsalın yüksəldilməsinə tə-kan vermək vacibdir. Tədqiqat işində həmçinin son baş verən pandemiya səbəbindən ABŞ, Çin, Avrozona və ümumən dünya iqtisadiyyatında proqnozlaşdırılan itkilər öz əksini tapmışdır. Tədqiqatın məhdudiyyətləri ölkələrin üzləşə biləcəyi bütün iqtisadi itkilərin əks etdirməsinin mümkün olmamasından ibarətdir. Tədqiqatın nəticə hissə-sində postpandemiya dövründə alternativ iqtisadi sahələrin yaranmasının və inkişa-fının qaçınılmaz olması əsaslandırılmışdır.
Açar sözlər: iqtisadi tənəzzül, pandemiya, qlobal problemlər, dayanıqlı iqtisadi inkişaf, istehsalın diversifikasiyası.
Jel Classification Codes: F61, F62, I15.

Bəşər cəmiyyəti vahid sistem kimi formalaşdığı dövrdən etibarən zaman-zaman iqti-sadi canlanmalarla yanaşı, iqtisadi geriləmələrlə, bəzən isə iqtisadi tənəzüllə qarşı-laşmışdır. Bu halların bir çoxu iqtisadi, siyasi amillərin təsiri altında əmələ gəlməsinə baxmayaraq, bəzən cəmiyyətin öz iradəsindən asılı olmayan səbəblərdən də baş verir. Bütün iqtisadi proseslərin idarə olunması mexanizmi olduğu kimi, bu iqtisadi tənə-züllərin də yaranma səbəbləri və gələcəkdə onların aradan qaldırılması mexanizmi müəyyən zaman daxilində formalaşır. Ancaq onun cəmiyyətin inkişaf dinamikasına mənfi təsiri, səbəb olduğu fəsadların aradan qaldırılması heç də qısamüddətli dövrdə mümkün olmur. Hətta zamanla bəzi ölkələrin iqtisadiyyatları haqqında səsləndirilən davamlı iqtisadi inkişaf termininin, belə hallarda absurd olduğu sübuta yetirilir. Belə problemlər davamlı sözünün dayanıqlı sözü ilə əvəzlənməsinə səbəb olmuşdur. Qlo-bal xarakter daşıyan qısamüddətli dövrdə qarşısı alına bilinməyən, iqtisadi, siyasi, bioloji və digər çoxsaylı səbəblərdən qaynaqlanan, genişmiqyaslı problemlər təkba-şına deyil, digər ölkələrlə qarşılıqlı şəkildə həyata keçirilən müvafiq tədbirlərin va-sitəsilə həll oluna bilər.
Bəzən cəmiyyətin təbiət üzərində hökmran mövqedə dayanaraq onu istənilən yöndə istismarı, zamanla qlobal miqyas daşıyan, idarə edilməsi mümkünsüz olan problem-lərin yaranmasına səbəb olur. Bu cür qlobal xarakter daşıyan hadisələrdən biri də irimiqyaslı sürətlə yayılan pandemiyalardır. Zamanla ortaya çıxan və bütövlükdə Yer kürəsini təhdid edən pandemiyalar, təkcə əhali sayının azalmasına deyil, həmçinin özündən sonra da qalıcı iqtisadi geriləməyə səbəb olur. Bir qrup demoqraflar (Adolphe Quételet (1796–1874), William Farr (1807–1883), Louis-Adolphe Bertillon (1821–1883) belə hadisələrin, əslində Yer kürəsi əhalisinin gələcək tənzimlənmə me-xanizmi üçün əhəmiyyətli olduğunu, qalıcılığının vacibliyini vurğulayırlar. Bunu Yer kürəsində mövcud olan iqtisadi ehtiyatların səmərəli istifadəsi baxımından vacibliyi ilə əlaqələndirir. Cəmiyyətin Yer kürəsində uzun müddət var olmasının əsas vacib şərti kimi qeyd edirlər. Alınan alternativ qərarların yetərsiz olduğunu və bu vasi-tələrdən istifadə etməklə, kütləvi tələfatlara yol verilməsini fərdlərin mənafeləri üçün yararlı olduğunu irəli sürürlər.
Son yüzillikdə Yer kürəsinin qarşılaşdığı, pandemiya adını almış dörd ən böyük tə-ləfata səbəb olmuş xəstəlik müəyyənləşdirilmişdir. Bunlardan birincisi 1918 – 1920-ci illəri əhatə edən Yer kürəsində 500 mln insanın yoluxduğu (o zamankı dünya əhalisinin ¼-hissəsi), 17-50 mln insanın dünyasının dəyişməsinə səbəb olduğu İspan qripidir. Azyaşlı uşaqları və ahıl yaşda olan insanlara təsir etməklə yanaşı, bu xəstəliyin əsas hədəfi məhz sağlam, gənc insanlar olmuşdur. Bəzi mənbələr Birinci Dünya Müharibəsinin sonlanmasını məhz bu qripin bütün dünyanı öz təsiri altına alması ilə əlaqələndirirlər. Epidemiya nəticəsində ən çox insan tələfatının olduğu ölkə Hindistan olmuşdur. Bu hadisə o zamankı ölkə əhalisinin 5%-nin, yəni 17 milyonunun həyatına son qoymuşdur. Qrip Böyük Britaniya və Fransa əhalisinin müvafiq olaraq 250 min və 400 mininin həyatına son qoymuşdur. Uzun araşdır-maların nəticəsi olaraq, virusun yayılma səbəbi müharibə dövründə kütləvi məzar-lıqlardan nümunələr götürmək məqsədilə aparılan qazıntı işlərinin olduğu müəyyən-ləşdirilmişdir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (U.S. Centers for Di-sease Control) hesablamalarına görə, ABŞ-da 207 min insanın həyatına son qoymuş İspan qripi pandemiyası, indiki rəqəmlərlə ifadə edilərsə, ölkə iqtisadiyyatında 166 mlrd dollar dəyərində, ÜDM-in 1,5%-i qədər zərər vurmuşdur. ABŞ Sağlamlıq və İnsan Xidmətləri Departamentinin (The U.S. Department of Health and Human Ser-vices) pandemiya üzərindəki hesablamaları daha bədbin rəqəmlərlə ifadə olunmuş-dur. Belə ki, pandemiyanın ölkə əhalisinin təxminən 1,9 mln nəfərinin həyatına son qoyduğunu, hadisə üzrə iqtisadi itkilərin dəyərinin isə 200 mlrd dollar civarında olduğunu bildirmişdir [5, s.17].
İspan qiripi təkcə çoxlu sayda insan tələfatına səbəb olmamışdır. Dünya Bankının hesablamalarına görə, indiki rəqəmlərlə ifadə edilərsə, dünya iqtisadiyyatı təxminən 3 trln dollar dəyərində itki ilə üzləşmişdir. Dünya üzrə məhsul istehsalının ümumi dəyərində isə 4,8% azalma müşahidə edilmişdir. Dünya Bankı tərəfindən bu qəbildən olan epidemiyaların dünya iqtisadiyyatı üzərində təsiri araşdırılmışdır. DB-nin 2008-ci ildəki hesabatında, 1957-ci ildə ortaya çıxan 1 – 4 mln insan tələfatına səbəb olan Asiya qripinin dünya üzərində iqtisadi təsirinin, ÜDM-in (dünya üzrə) 2%-i dəyə-rində olduğu müəyyənləşdirilmişdir. Sözügedən hesabatda, həm də 1968-1969-cu illəri əhatə edən Honq-Konq qripinin dünya üzrə ümumi məhsul istehsalının də-yərinin 0,7%-i dəyərində itkiyə səbəb olduğu müəyyənləşdirilmişdir. Qeyd edilənləri aşağıdakı şəkilin köməyi ilə daha aydın görmək mümkündür [6].
Pandemiyaların səbəb olduğu insan itkiləri (mln nəfərlə) və iqtisadi geriləmələr (%-lə)

Şəkil 1. Pandemiyalar üzrə itkilər

Mənbə: Şəkil Dünya Bankının məlumatları əsasında müəlliflər tərəfindən tərtib edilmişdir.

Şəkil 1-də son yüz ildə pandemiya xarakterli, zamanla təkrarlanan xəstəliklər qısa təsvir edilmiş, həmçinin müxtəlif illərdə bu pademiyaların səbəb olduğu itkilər proq-nozlaşdırılmışdır. Göründüyü kimi, burada ən çox insan tələfatına və iqtisadi itkilərə səbəb olan pandemiya İspan qripidir. Ümumilikdə dünyanın ¼-nə yayılan bu qrip ümumi istehsal olunan məhsul üzrə 4,8% geriləməyə səbəb olmuşdur. Sözügedən pandemiyanın səbəb olduğu itkinin ümumi dəyəri, DB-nin hesablamalarına görə, 3 trln dollardan çox olmuşdur.
Beləliklə, DB bir ildən artıq davam edən böyük iqtisadi durğunluğa səbəb olan qlobal xarakterli problemlərin dünya iqtisadiyyatı üzərində təsirinin əksər hallarda uzun müddətə aradan qaldırılmasının mümkünlüyünü vurğulayır. Qlobal xarakter daşıyan pandemiyaların zamanla təkrarlanması yüzlərlə amilin təsiri altında ola bilər. Amillər sırasında təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsinin pozulmasından başqa, həmçinin bu istiqamətdə görülən təhlükəsizlik tədbirlərinin zəif olması və yaxud da heç ol-maması öz təsirini göstərmişdir, xüsusən də belə xəstəliklərin nisbətən zəif inkişaf etmiş ölkələrdə, tibbi epidemioloji sahələrin zəif inkişaf etdiyi və tibbi qaydalara az əməl olunduğu sahələrdən qaynaqlandığı məlum olur. Bu baxımdan bir çox ölkələr başqa ölkə vətəndaşlarının, zərurət olmadığı zamanlarda onların ölkələrinə üz tutma-sına qarşı sərt mövqedə dayanır. Yalnız turizim və ölkə iqtisadiyyatına müsbət təsir etmə imkanları olan sahələrdə xarici ölkə vətəndaşlarının ölkəyə daxil olması arzu olunan hesab edilir. Xüsusən ucuz işçi qüvvəsi kimi iqtisadi gəlir vəd edən əmək ehtiyatlarının ölkəyə inteqrasiya olunmasına geniş şərait yaradılır. Bu hal isə, özlü-yündə, ölkə iqtisadiyyatı üçün iqtisadi gəlir vəd etməklə yanaşı, bəzi təhdidlərə yol açır. Təhdidlər sırasında yerli əmək ehtiyatlarının itirilməsi, xarici ölkələrə valyuta axını, cinayətkarlığın mövcud vəziyyətinin pisləşməsi, müxtəlif yoluxucu xarakter daşıyan xəstəliklərin ölkədə yayılması yer alır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir çox açıqlamalarında bu cür xəstəliklərin yayılma səbəbini beynəlxalq miqrasi-yanın sürətlənməsi ilə əlaqələndirir.
BMT-nin 2019-cu il 17 sentyabr tarixində verdiyi məlumata əsasən, hazırda Yer kü-rəsində öz iradəsindən asılı olan və olmayan səbəblərdən daxili və xarici miqrasiya edənlərin ümumi sayı təxminən 272 mln nəfərdir. Göstərilən rəqəm 2000-ci ilin mü-vafiq dövrü ilə müqaisə edilərsə, bu rəqəmin 51 mln nəfər çox olduğunu görmək olar. 2019-cu ildə mövcud olan miqrantların ümumi sayı Yer kürəsi əhalisinin 3,5%-i qə-dərdir. Ən çox miqrantların cəmləşdiyi regionlar sırasında Avropa Birliyi (82 mln), Şimali Amerika (59 mln), Şimali Afrika – Şərqi Asiya (49 mln) qərarlaşmışdır. Öl-kələr üzrə nəzər saldıqda, ən çox miqrantların cəmləşdiyi ölkənin ABŞ olduğunu görmək olar. Burada dünya üzrə ümumi miqrantların 19%-i, başqa sözlə desək 51 mln nəfəri cəmlənmişdir. Sonrakı yerlərdə Almaniya (13 mln), Səudiyyə Ərəbistanı (13 mln), Rusiya Federasiyası (12 mln), Birləşmiş Krallıq (10 mln) və İtaliya (6 mln) yer almışdır. Yaxın Şərqdə son baş verənlərlə əlaqəli olaraq Türkiyə də son dövlər ən çox miqranta ev sahibliyi edən ölkələr sırasına daxil olmuşdur.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Komissarlığının (United Nations High Commissioner for Refugess) apardığı statistik təhlilin nəticəsi olaraq, 2012-ci ildən bu yana Yer kürəsində olan 272 mln miqrantın 70,8 mln nəfərinin şəxsi iradə-sindən asılı olmayan səbəblərdən miqrasiya etdiyi məlum olmuşdur. Əyani şəkildə bu haqda aşağıdakı şəkildə geniş məlumatlar öz əksini tapmışdır [7].
Məcburi yerdəyişməyə məruz qalan dünya əhalisi üzrə əsas göstəricilər
Şəkil 2. Daxili və xarici məcburi yerdəyişmə

Mənbə: Şəkil Birləşmiş Millətlər Təşkilatının məlumatları əsasında müəlliflər tərəfindən tərtib edilmişdir.

Şəkil 2-də qeyd edildiyi kimi, son vaxtlar dünyada baş verən qloballaşma mühitinin təsiri altında beynəlxalq miqrasiyanın kəmiyyəti ilbəil artır. Bu təsirlər içərisində Yaxın Şərqdəki uzunmüddətli hərbi əməliyyatların həyata keçirilməsi xüsusilə geniş yer alır. Hərbi əməliyyatlar nəticəsində dağıntılara məruz qalan ölkələrdə əhalinin yaşayışı günbəgün çətinləşərək, sosial iqtisadi həyat səviyyəsi daha da ağırlaşır. Nəticədə uzunmüddətli müharibələr əhalinin daxili və xarici miqrasiyasını daha da sürətləndirir. Bu hal ÜST rəsmiləri tərəfindən Avropa ölkələrində cinayətkarlıq və-ziyyətinin, terrorizmin və qlobal xarakter daşıyan xəstəliklərin sürətlə artmasına tə-kan verən amil kimi qiymətləndirilir.
“Qaçqınlar və miqrantlar üçün hərəkət planı və onların AB daxilində sağlamlıqlarına nəzarət” adlı, 2016-cı il 12-15 dekabr tarixlərində Kopenhagen şəhərində keçirilən konfransda, ÜST rəsmilərinin verdiyi hesabatda bəzi xəstəliklərin birlik daxilində yayılmasının əsas səbəbi kimi xarici miqrant axını qeyd edilmişdir. Hər il külli miqdarda HİV, hepatit, müxtəlif növlü qrip və bəzi hallarda isə MERS (Orta Şərq tənəffüs sindromu) kimi xəstəliklərə yoluxmuş, daşıyıcı insanların birlik sərhədinə daxil olmasına imkan verildiyi bildirilmiş, bu qəbildən olan yoluxucu xəstəlik daşı-yıcılarının birlik daxilində yayılmasına qarşı tədbirlərin görülməsi vacibliyini qeyd edilmişdir. Təkcə 2003-cü ildə Çin ilə digər ölkələr arasında intensiv hava nəqliyyatı 32 ölkədə kəskin tənəffüs sindromunun yayılmasına səbəb olmuşdur. Bundan başqa, 2009-cu ildə yeni A qripinin Н1N1 tipi (Meksika və yaxud donuz qripi) miqrasiya edən əhali ilə birinci Meksika, sonra isə ABŞ ərazisində yayılmış və daha sonra bu qripin epidemik təzahürləri 136 ölkədə aşkar edilmişdir. ÜST həmçinin Ebola virusu xəstəliyinin də epidemik yayılmasının əsas səbəbini məhz sərhədlərarası miqrasiyada görmüşdür. Qvineya, Liberiya və Syerra Leone arasındakı dövlət sərhədlərinin şərti forma daşıması üç Qərbi Afrika ölkəsi arasında ildırım sürəti ilə infeksiyanın yayıl-masına səbəb olmuşdur. Bu isə istər hərbi, istərsə də siyasi amillərin, qarşıdurmaların nəticəsi kimi qiymətləndirilir. Hərbi əməliyyatlar nəticəsində məcburi yerdəyişməyə məruz qalmış 25,9 mln əhalinin (5,05 mln nəfərlik Fələstin əhalisi istisna olmaqla) təxminən 57%-i dünyanın 3 ölkəsinin – Suriya, Əfqanıstan və Cənubi Sudanın payına düşür. Son dövrlər baş verən bu hərbi əməliyyatlar fonunda Suriyadan köçən miq-rantların böyük əksəriyyəti Türkiyədə məskunlaşmışdır. Bu isə hazırkı pandemiyaya nəzarət etmə prosesini ölkədə daha da qəlizləşdirir, faktiki yaşayış ünvanları olma-yan, tibbi sığorta və bu kimi imkanlardan məhrum olan xarici ölkə miqrantlarının gələcək ölüm-qalım mübarizələrini daha da mürəkkəb hala gətirir.
Pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərərin miqdarının tez bir zamanda kompensasiya olunmayacağı məlumdur. Burada ən çox itkilərlə üzləşəcək ölkələr daha geniş diversifikasiya olunmuş iqtisadiyyata malik olan ölkələr olacaqdır. Bu da həmin ölkələrdə iqtisadiyyatın xarici bazarlarla qarşılıqlı əlaqəsinin genişliyi ilə əla-qələndirilir. Pandemiyanın təsiri əmək bazarından da yan keçməmişdir. Belə ki, Bey-nəlxalq Əmək Təşkilatının (İLO) hesablamalarına əsasən, bu il əmək bazarı üzərində itkilərin ümumi dəyəri 860 mlrd dollar – 3,440 trln arasında dəyişəcəkdir. Bir qrup ölkələr pandemiyanın beynəlxalq əmək bazarı üzərində təsirini azaltmaq məqsədi ilə artıq, işçilərə ya tam, ya da qismən əməkhaqlarının ödənilməsinə başlamışdır. Bu məqsədlə İngiltərə hökuməti pandemiyanın davam etdiyi müddətdə, COVID-19 pan-demiyası səbəbindən işləməyən işçilərin əməkhaqlarının 80%-ni ödəmək üçün dövlət qrantları təklif etmişdir. 20 martda başlayan və icrası ilkin mərhələdə 4 ay üçün plan-laşdırılan bu proqram çərçivəsində bir işçiyə ayda maksimum 2500 funt sterlinq qədərində vəsaitlərin ödənilməsi nəzərdə tutulmuşdur. Bu cür dəstəkləyici tədbirlər digər iqtisadi nəhənglər tərəfindən də təqlid edilməkdədir. Belə ki, mart ayının 25-də ABŞ Senatı tərəfindən koronavirusdan xilasetmə paketi (Coronavirus Rescue Package) adı ilə qəbul edilən fondun dəyəri 2 trln dollardır. Bu fondun bir hissəsi şirkətlərdə işləyən bəzi işçilərin əməkhaqlarını əhatə etsə də, digər hissəsi böhran nəticəsində işlərini itirmiş işçilərin maaşlarını ödəmək üçün istifadə ediləcəkdir. Pa-ketdə həmçinin kiçik müəssisələrə yardım məqsədilə ilə 367 mlrd dollarlıq birdəfəlik yardımlar da yer almışdır. ABŞ-ın Əmək Nazirliyinin verdiyi məlumatda qeyd edilir ki, 28 mart tarixinə qədər işsizlik müavinəti üçün ünvanlanan müraciətlərin sayı 6,648 mln-dur. Bu rəqəm 1982-ci ildən bu yana ən pik müraciət sayı olmaqla, həmin il ilə müqaisədə 10 dəfə çoxdur. İqtisadi böhranın yaya qədər davam etməsinin ABŞ-da daha 14 mln insanın iş yerini itirəcəyinə səbəb olacağı bildirilir.
Fransa hökuməti də dəstəkləyici maliyyə paketinin həcminə görə diqqət mərkəzin-dədir. 13 mart 2020-ci il tarixində 45 mlrd avronu əhatə edən yardım paketi haqqında danışan Fransa dövlət başçısı Emmanuel Makron öz çıxışını: “Dövlət evində qalmalı olan insanların maddi yükünü daşıyacaq” fikri ilə tamamlayır. Böhran zamanı mü-vəqqəti olaraq işdən çıxarılan işçilərin, ümumtəhsil məktəblərinin müvəqqəti bağlan-ması səbəbi ilə evdə uşaqlarına baxan valideynlərin yer aldığı paketin həcminin artı-rılması istisna edilmir. Dəstəkləyici maliyyə yardımları və subsidiyalaşdırılan əmək-haqları fonunda Danimarka və İsveç hökumətlərinin həyata keçirdiyi siyasət xüsusi ilə fərqlənir. Belə ki, Danimarkada işçilərin əməkhaqlarının 75%-ni (maksimum 2 min kron və ya təqribən ayda 2840 funt sterlinq), firmalar tərəfindən işçilərin işdən çıxarılmaması vədi verildiyi tədqirdə, dövlət tərəfindən həmin firmalara ödəniləcəyi açıqlanmışdır. Bundan başqa, İsveç hökuməti də işçi maaşlarının 90%-ni dövlət tərəfindən subsidiyalaşdırılacağını vəd etmişdir [9].
Külli miqdarda maliyyə itkilərinin üz verdiyi belə bir vaxtda, ölkələr tərəfindən ha-disələr üzərində yeni iqtisadi baxış tərzinin formalaşmasına imkan yaranmışdır. Belə ki, bu qəbildən olan, gözlənilməz hadisələrə çevik reaksiya vermə imkanında olan ölkələr gələcəkdə investisya mühiti baxımından daha cəlbedici görünür. Dünya təc-rübəsi göstərir ki, qlobal xarakter daşıyan hadisələr üz verdiyi dövrlərdən ən az zə-rərlə ayrılan ölkələr, idxaldan asılılığı az olan, yerli özünütəminetmə səviyyəsi yük-sək olan, bu imkanlardan məharətlə istifadə edən ölkələr olur. Həmin ölkələr, hadi-sələrə çevik adaptasiya olma xüsusiyyəti ilə, problemə hakim mövqedə dayana bilir, mövcud şəraitdən yararlanaraq, onu öz daxili iqtisadi mühiti üçün əlverişli hala gə-tirir, buradan böyük iqtisadi itkilərlə üzləşmədən, bəzi hallarda isə iqtisadi artımla çıxmağı bacarır. Ancaq bu heç də qısamüddətli dövrdə bütün ölkələr üçün keçərli deyil. Burada güclü iqtisadiyyata malik ölkələr belə, bu cür hadisələr zamanı, iqtisadi itkilərdən sığortalanmayıb.
Amerikanın məşhur McKenzi konsaltinq şirkəti uzunmüddətli araşdırmalar nəticə-sində belə qərara gəlmişdir ki, dünyanı cənginə alan COVID-19 pandemiyası, ümu-milikdə dünya iqtisadiyyatında 4,9%-lik geriləməyə səbəb olacaqdır. İqtisadi geri-ləmənin, müvafiq olaraq Avrozonada 9,5%, Çində 3,3%, ABŞ-da isə 8% olacağı proqnozlaşdırılır. Həmçinin burada qeyd edilir ki, iqtisadi nəhənglər arasında gerilə-mə halı ən az Çin iqtisadiyyatında müşahidə ediləcəkdir. Baxmayaraq ki, pandemic-yanın ilkin rübdə ən geniş yayıldığı ölkə məhz Çin Xalq Respublikası idi. Dünyanın əvvəlki iqtisadi inkişaf tempinə qayıtması isə, təxmini hesablamalara görə 2022-ci ilin üçüncü rübündə mümkün olacaqdır. Koronavirus pandemiyası XXI əsrin başlan-ğıcında miqyasına görə, geniş yayılmış xroniki iqtisadi geriləməyə səbəb olan qlobal problem kimi, iqtisadiyyatda zamanla hiss olunacaqdır. Qeyd edilənləri əyani şəkildə aşağıdakı şəkilin köməyi ilə görmək və baş verənləri iqtisadi cəhətdən qiymətlən-dirmək mümkündür.
Covid-19 pandemiyasının səbəb olacağı iqtisadi fəsadların proqnozlaşdırılması (%-lə)

Şəkil 3. Covid-19 pandemiyasının səbəb olduğu iqtisadi geriləmələr


Mənbə: Şəkil Dünya Bankının məlumatları əsasında müəlliflər tərəfindən tərtib edilmişdir.

Şəkil 3-ə diqqət edilərsə, göstərilən ölkə və ölkə qrupları üzrə ən çox itkinin Avrozo-na daxilində yer alan ölkələr üçün gerçəkləşəcəyi məlum olur. Bu hal, karantin tədbirləri nəticəsində həmin qrupa daxil olan ölkələr arasında həyata keçirilən məh-dudlaşdırıcı ticarət siyasətinin kəskinləşdirilməsi ilə əlaqələndirilir. Şəkil 3-də qeyd edildiyi kimi, koronavirus pandemiyasının mənfi iqtisadi təsirlərindən ən az zərərlə Çin Xalq Respublikasının çıxacağı proqnozlaşdırılır. Çin Xalq Respublikasında iqtisadi itkilər dünya ilə müqaisədə ümumi göstəricidən aşağı olacağı qeyd edilir. Bu isə Çin iqtisadiyyatının gözlənilməz hadisələrə əvvəlki illərdən hazır edilməsi ilə əlaqələndirilir. Şəkildə qeyd edildiyi kimi, pandemiyadan ikinci ən çox zərər çəkmiş ölkə ABŞ olacaqdır. Bu, ölkənin daha çox sənayə məhsulları ilə ixrac əməliy-yatlarında iştirak etməsi ilə əlaqəlidir. ABŞ-ın nüfuzlu nəşri olan Vol Strit Jurnalında (Wall Street Journal) “Heç bir cəmiy-yət iqtisadi sağlamlığı bahasına xalqın sağlamlığını uzun müddət qoruya bilməz” fik-ri ilə başlayan məqalədə koronovirus ilə mübarizə tədbirlərinin ABŞ iqtisadiyyatını çökdürəcəyi bildirilmişdir. Məqalədə bildirilir ki, hökumətin məhdudlaşdırıcı tədbir-ləri bir və ya iki həftədən çox davam edərsə, iş itkisi və iflas xərcləri əksər amerika-lıların təsəvvür etdiklərindən artıq olacaqdır. İqtisadi fəsadlara gəldikdə isə, bu hal on milyonlarla insanın işini daimi və müvəqqəti itirməsinə səbəb olacaqdır. Bir çox böyük şirkətlər gəlirsiz bir neçə həftə keçinə bilər, lakin bu milyonlarla kiçik və orta müəssisəyə aid deyil [4, s. 24].
Xüsusilə qeyd edilməlidir ki, koronavirus epidemiyası tələb və təklif üzrə gözlənil-məz şoklara gətirib çıxarır. Normal iş fəaliyyətinin pozulması istehsalın azalmasına, təklif sahəsində defisitliyin yaranmasına, istehlakçıların və müəssisələrin pul xərclə-məmək tendensiyası isə tələbin azalmasına səbəb olur. Pandemiyanın yayılma sürə-tinin azalmasına səbəb olan təcrid və karantin tədbirləri iqtisadi fəaliyyətə daha da mənfi təsir edir. Burada əsas zərər çəkən sahələr qismində isə xidmət sahələri çıxış edir. Bundan əlavə, təchizat zəncirindən asılı olan şirkətlər daxili və ya xarici bazarda lazım olan komponentləri almaqda problemlərlə üzləşir. Məsələn, Çin Xalq Respub-likası elektronika, avtomobil, maşın və avadanlıq sahələrində aralıq məhsulların əsas tədarükçüsüdür. Bu sahələrdə tədarük prosesinin pozulması artıq istehsal zəncirinin sonrakı mərhələlərində fəaliyyət göstərən şirkətlərə də təsir göstərir. Bu cür iqtisadi qırılmalar istehsal xərclərinin artmasına təsir göstərməklə, iqtisadi fəallığın itirilmə-sinə və məhsuldarlığın isə ciddi ölçüdə azalmasına səbəb olur [1].
Gəlirlərin aşağı düşməsi, xəstəlik qorxusu və artan qeyri-müəyyənlik insanları xərc-lərini azaltmağa vadar edir və tələb azalır. Şirkətlərin əməkhaqlarını ödəyə bilmədik-ləri belə bir vaxtda işdən çıxarılma halları qaçılmazdır. Bu təsirlər turizm və otel sahələri kimi bəzi sektorlarda xüsusilə ağır ola bilər. Bundan başqa, istehlakçıların və müəssisələrin iqtisadi vəziyyətinin pisləşməsi firmaları istehsal etdikləri məhsul-lar üzrə tələbin aşağı ola biləcəyini nəzərə alaraq, xərcləri və investisiyaları azalt-mağa sövq edir. Bu da öz növbəsində müəssisələrin bağlanması və iş yerlərinin iti-rilməsi problemini daha da ağırlaşdırır.
Yuxarıda qeyd edilən iqtisadi fəsadlar daha böyük iqtisadi gücə malik olan ölkələrdə ilkin dövrlərdə irimiqyaslı itkilərə səbəb olur. Bu səbəbdən, həmin ölkələrdə yerli sahibkarların dəstəklənməsi əsas hədəf kimi götürülür. Buna misal olaraq Çin Xalq Respublikasını göstərmək olar. Çin iqtisadiyyatı dünyanın ikinci ən böyük iqtisadiy-yatına malik olmaqla, itkilərin bir çoxunu, proteksionist mövqedə dayanaraq öz üzə-rinə götürmüşdür. Digər ölkələr də pandemiyanın iqtisadi fəsadlarını qarşılamaq və aradan qaldırmaq məqsədilə iqtisadi proqramlar hazırlayır. Himayəçilik məqsədi ilə hazırlanan proqramlar iqtisadiyyatın zərər çəkmiş bütün sahələrini əhatə etməklə,
pandemiya ilə bağlı işsiz qalmış iqtisadi fəal əhalinin dəstəklənməsini nəzərdə tutur. Pandemiyanın mənfi iqtisadi təsirlərinin azaldılması istiqamətində ölkəmizdə qəbul edilən iqtisadi qərarlar xüsusilə tədqirəlayiq qiymətləndirilə bilər.
Qlobal pandemiyadan çıxış proqramı çərçivəsində Azərbaycan hökuməti ÜDM-in 3,1% miqdarında (2,5 mlrd manat) antiböhran proqramı hazırlamışdır. Bu göstərici Gürcüstanla müqayisədə 1,1% daha çoxdur (1 mlrd lari). Yardım paketinin dəyəri qon-şu Rusiyada ÜDM-in 0,3%-i (300 mlrd rubl) həcmində müəyyənləşdirilmişdir. Tür-kiyədə bu rəqəm ÜDM-in 2%-i (100 mlrd TL), Qırğızıstanda ÜDM-in 1%-i (9,4 mln dollar), Özbəkistanda ÜDM-in 1,5%-i (1 mlrd dollar), İspaniyada isə ÜDM-in 0,7%-i, başqa sözlə desək 8,9 mlrd avro təşkil etmişdir. Statistik məlumatlara nəzər edilərkən məlum olur ki, öz iqtisadi potensialı nəzərə alınmaqla, digər ölkələrlə müqayisədə Azərbaycan hökumətinin ayırdığı vəsaitin ümumi həcmi kifayət qədər yüksəkdir.
Pandemiyanın mənfi təsirlərinin ölkə iqtisadiyyatına verə biləcək fəsadlarının mini-muma endirilməsi məqsədilə görülən tədbirlər içərisində ilk növbədə 304 min insanın muzdla çalışdığı 44 min sahibkara dəstək göstəriləcəyi ön plana çəkilmişdir. Ölkə-mizdə 1,6 mln muzdla çalışan işçinin 915 mininin dövlət və neft sektorunda çalışdığı bizə məlumdur. Bu səbəbdən həmin qrupa daxil olan insanların əməkhaqları saxlanıl-maqla müddətli məzuniyyətə göndərilməsi, onlar üçün əlavə dəstəkləyici vəsaitlərin ödənilməsi ehtiyacını aradan qaldırır. Belə olan halda, işlərini itirməyən, davamlı aylıq məvaciblərini alan vətəndaşların dövlət tərəfindən əlavə vəsaitlər hesabına müavinətlərlə təmin olunmasına ehtiyac qalmır. Geridə qalan 700 minə yaxın insanın isə 304 mini istisna olmaqla, orta aylıq əməkhaqqının (712 azn) məbləği nəzərə alın-maqla, dövlət tərəfindən ayrılan maliyyə vəsaitləri hesabına dəstəklənəcəkdir. Dəs-təkləyici tədbirlər təkcə birbaşa yardımlar hesabına deyil, həm də dolayı yolla edil-məsi nəzərdə tutulur. Belə ki, orta və kiçik sahibkarlara ediləcək vergi güzəştləri onların istehsalın miqyasını cari zamanda genişləndirməyə imkan verəcək və istehsal etdikləri məhsul vahidləri üzrə qiymət artımının qarşısını alacaqdır. Dövlət həmçinin vətəndaşlara mövcud kreditlər üzrə möhlət hüququnun verilməsi məsələsini də diq-qət mərkəzində saxlayır. Hazırda ölkə üzrə 15,5 mlrd kredit portfelinin əsas tərəfləri olan ev təsərrüfatlarına (7 mlrd), özəl sektora (6,1 mlrd) müəyyən müddətə kredit ödənişlərinin ödənilməsi üçün müvafiq güzəştlər tətbiq edilir. Bundan başqa, gələ-cəkdəki dövrdə pandemiyadan daha çox əziyyət çəkmiş nəqliyyat sektorunun da (ha-va nəqliyyatı, dəmiryol, metropoliten, BNA) maliyyə cəhətdən dəstəklənməsi nəzər-də tutulmuşdur. Məlumdur ki, qlobal xarakter daşıyan problemlər hadisələrə fərqli tərəfdən baxmağa imkan verir, daha yaradıcı qərarların alınmasına zərurət yaradır. Belə ki, dünya ənə-nəvi düşüncə tərzindən ayrılaraq hadisələr üzərində daha yaradıcı düşünməyə imkan tapır. Cəmiyyətin hər bir inkişaf mərhələsi əksər hallarda çatışmazlıqların, problem-lərin kəskin xarakter aldığı zamanlarda üzə çıxdığı məlumdur. Cəmiyyət o dövrdə fikir yaradıcılığına gedir ki, orda yol bitir və problemin həlli üçün başqa bir yolun tapılmasına, tədqiq edilməsinə ehtiyac yaranır, bu da nəticə etibarı ilə alternativ dü-şüncə tərzinin inkşafına zəmin yaradır. Məqalədə yer alan bütün qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, pandemiyanın davam etdiyi və sonrakı dövrlərdə yeni iqtisadi fəaliyyət sahələrinin yaranmasına ehtiyac duyulacaq və bu proses əvvəlki dövrlərlə müqaisədə daha da sürətlənəcəkdir. Nəticə
Qlobal xarakter daşıyan problemlərin, xəstəliklərin yayıldığı müddətdə yerli höku-mətin təlaşa qapılıb verəcəyi açıqlamalar yerli istehlakçılar üzərində bəzi hallarda arzuolunmaz nəticələrə səbəb ola bilər. Bu baxımdan, verilmiş, qəbul edilmiş qərar-lar haqqında insanlara məlumat verilərkən soyuqqanlılığı itirməmək vacib məsələ hesab edilir. Əks tədqirdə yerli hökumət yüksək alıcılıq qabiliyyəti ilə üzləşə bilər, bu isə idxaldan zəruri ərzaq məhsulları üzrə asılı ölkələrdə arzuolunmaz iqtisadi nəticələrə gətirib çıxara bilər. Bu, eyni zamanda iqtisadi rəqib hesab edilən ölkələr, böyük şirkətlər tərəfindən həmin ölkənin mövcud iqtisadi imkanlarının mənimsə-nilməsi üçün əlverişli şəraitin yaranmasına səbəb olar. Belə halların kəskinləşməsi, zəif düşmüş ölkənin nüfuzunun itirilməsi fonunda, digər qrup ölkələr tərəfindən onun iqtisadi cəhətdən istilasına gətirib çıxara bilər. Kütləvi qarışıqlığın qarşısının alın-ması məqsədilə yaxşı olar ki, həmin dövrdə yerli hökumət istehsalçılar və vətəndaşlar üzərində öz himayədarlıq siyasətini artırsın.
Pandemiyaların kəskin xarakter aldığı vaxtlarda, yerli hökumət istehsalçıların məna-feyini müdafiə edərək, onlara bu dövrdə fəaliyyət imkanlarının genişləndirilməsi, is-tehsalın fasiləsizliyinin qorunması məqsədilə zəruri olan iqtisadi mühitin yaradıl-masını təmin etməlidir. Vergi güzəştlərinin həcmini artırmaqla, yüksək tələb fonunda məhsullar üzrə əsassız qiymət artımının qarşısını almalıdır. İşsizliyin geniş vüsət aldığı bu dövrdə aztəminatlı insanların dövlət tərəfindən himayə olunmasını öz üzə-rinə götürməlidir. Ancaq bir çox əmtəə bazarı iştirakçılarının fəaliyyətinin dayandır-ması ilə bərabər, maliyyə yardımlarının artımı gələcəkdə dövriyyədə olan pul kütlə-sinin yüksəlməsinə və məhsullar üzrə qiymət artımına səbəb olacaqdır. Bu isə heç də arzuolunan hal hesab edilmir. Bu səbəbdən yaxşı olar ki, əhali qrupları müxtəlif dəstəkləyici maliyyə vəsaitləri ilə təmin edilərkən, eyni vaxtda əmtəə bazarında da qarşılıqlı şəkildə bolluq yaradılsın.
Bu dövrdə yerli hökumət əsasən zəruri olan, gündəlik istehlakda böyük paya sahib məhsulların istehsalını artırmalıdır. Belə ki, həmin dövrdə əhalinin yığıma meyilli olması mağazalarda zamanla dayanıqlı məhsulların asan bir şəkildə tapılmasını im-kansız edəcəkdir. Yaxşı olar ki, həmin dövrlərdə bir qrup eyni və ya oxşar məhsul-ların istehsalı genişləndirilsin. Hətta cari dövrdə istehsal imkanları müəyyən sahə üz-rə ixtisaslaşan istehsalçılar hazırkı şəraitə uyğunlaşaraq, digər vacib sahə üzrə uzun illər istehsal təcrübəsinə malik olan şirkətlərin köməyi ilə yeni sahəyə dəstək olaraq, istehsal prosesinə qoşulsunlar. Bu dövrdən səmərəli istifadə edən bir qrup ölkələr nəinki daxili istehsal hesabına öz ölkələrinin tələbatını ödəyə bilər, eyni zamanda xarici bazara da bir qrup məhsullar üzrə çoxmilyardlı satış prosesini həyata keçirə bilər (hazırda istifadəsinə böyük ehtiyac duyulan bir çox tibbi ləvazimat və avadan-lıqların istehsalı da daxil olmaqla). Bu qəbildən olan məhsulların istehsalını həyata keçirməklə, istehsalçı cari zamanda öz ölkəsinin digər sahələr üzrə itirdiyi imkanları, bu sahədə əldə etmiş olduğu maliyyə vəsaitləri hesabına kompensasiya edə bilər. Belə məhsullar siyahısına heç də yüksək elmi araşdırmalar əsasında istehsal edilmə-sinə ehtiyac olmayan sadə tibbi ləvazimatların, cihazların istehsalı istehsalçılara yük-sək iqtisadi mənfəət vəd edir. Ancaq bu da məlumdur ki, qlobal xarakter alan prob-lemlərə qarşı təkbaşına mübarizə aparmaq mümkün deyil. Sərhədləri bağlayaraq qa-palı iqtisadi inkişafa nail olmağa, problemlə təkbaşına mübarizə aparmağa çalışan ölkələr əksər vaxtlarda hadisələrin onun iqtisadi gücünün sərhədləri xaricində olduğu və nəticələrin daha arzuolunmaz məcraya yönəldiyinin şahidi olur.
Sonda qeyd etmək lazımdır ki, nəzərə alsaq ki, dünyanın bir çox ölkələrində, həmçi-nin Azərbaycanda pandemiya hələ də davam edir, onun iqtisadi fəsadları da getdikcə daha kəskin xarakter ala bilər. Bu fəsadların qarşısının alınmasında dövlətin qəbul etdiyi qərarlar, həyata keçirdiyi tədbirlər kompleksi, seçdiyi dövlət siyasəti (mikro və makro səviyyədə) həlledici rol oynayır.

Ədəbiyyat

1. Ограничение негативных экономических последствий коронавируса за счет крупных адресных мер политики. Гита Гопинат. 13 март 2020;

2. Lafay G., Herzog C. Commerce international: la fin des avantages acquis. CEPII, Economica, 1989;

3. Editorial B.K. Rethinking the Coronavirus Shutdown: Wall Street Journal (WSJ), March 19, 2020;

4. Thomas A. G. Economic Effects of the 1918 Influenza Pandemic: Washington, 2007;

5. https://www.weforum.org/agenda/;

6. https://www.reuters.com/article/us-reutersmagazine-davos-flu-economy/flu-conomics-the-next-pandemic-could-trigger-global-recession-idUSBRE90K0F820130121;

7. http://www.euro.who.int/ data/assets/pdf_file/0004/314725/66wd08e_MigrantHealthStrategyActionPlan_160424.pdf?ua=1;

8. https://www.un.org/development/desa/en/news/population/international-migrant-stock-2019.html.

Bir məqalə təqdim edin

    Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

    anlaşmalı boşanma

    -

    loodgieter den haag

    - toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino