Azərbaycan Dövlət İqtisad Universitetinin ELMİ XƏBƏRLƏRİ

MÜƏLLİFLƏR ÜÇÜN QAYDALAR

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN ELMİ XƏBƏRLƏRİ

(rüblük elmi və prak­ti­k)

MÜƏLLİFLƏR ÜÇÜN QAYDALAR

1. Məqalələr Azərbaycan, İngilis və ya Rus dillərində qəbul olunur.

2. Mətn parametrləri: A4 formatı; sətirarası interval – 1,5; şrift – Times New Roman; şriftin ölçüsü – 14; enə görə tənləşdirmə; kənarları: soldan 30 mm, sağdan 15 mm, yuxarıdan 25 mm və aşağıdan 20 mm; paraqraf abzası – 10 mm.

3. Məqalənin tərtibatı: 1. Məqalənin tam adı (böyük hərflərlə, qalın şriftlə); 2. Məqalə müəllifinin A.A.Soyadı (müəlliflər vergüllə ayrılır); 3. Elmi ad, elmi dərəcə, vəzifə; 4. İş yeri: kafedra, fakültə, universitetin adı; 5. Elektron poçt; 6. Korrespondent müəllifin mobil nömrəsi.

4. Məqalənin həcmi 10 səhifədən az və 20 səhifədən çox olmamalıdır, bunlar: Abstrakt (hər 3 dildə təqdim olunmalıdır, bax əlavə 1), Açar sözlər (bir-birindən nöqtəli vergüllə ayrılmış, 5-dən çox olmayan sözlər), JEL-kodlar, Giriş, Əsas hissə (Materiallar və metodlar, Ədəbiyyat xülasəsi), Nəticə, Ədəbiyyatdır.

5. Xülasə Azərbaycan, İngilis və Rus dillərində təqdim edilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllif haqqında məlumat və açar sözlər müvafiq dildə qeyd olunmalıdır. Xülasənin optimal həcmi 150 sözdür (250 sözdən çox olmamaq şərtilə). Xülasədə tədqiqatın məqsədi, metodologiyası, nəticələri və praktik aktuallığı haqda məlumatlar verilməlidir. Onun məzmunu məqalənin məzmununa uyğun olmalı, kifayət qədər əhəmiyyətli, başa düşülən və, ən əsası, maraqlı olmalıdır.

6. Bütün qrafik və diaqramlarformatlaşdırıla bilən bir formatda olmalıdır (* .jpeg, * .gif, * .png, * .bmp formatlarında qəbul edilmir). Bütün qrafiklər, diaqramlar nömrələnməlidir (Diaqram 1, Diaqram 2 və s.). Qrafik və diaqramların altında və mərkəzdə obyektin nömrəsi və adı qeyd olunmalıdır (məs: Qrafik 1. Qrafikin adı). Hər hansı qrafik və diaqramlarda həm rənglidə, həm də ağ-qarada məlumatlar eyni dərəcədə görünməlidir.

7. Cədvəllər məqalənin özündə yerləşdirilir. Cədvəlin üstündə və mərkəzdə cədvəlin nömrəsi və adı qeyd olunmalıdır (məsələn: Cədvəl 3. Cədvəlin adı).

8. Məqalədə yarımbaşlıqlardan istifadə edildiyi halda, onun yalnız ilk hərfi böyük olmaqla, qalın şriftlə və nömrələnməklə yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan, cədvəl və şəkillərdən əvvəl əlavə bir sətir ara boşluğu buraxılmalıdır. Mətndə sözlər bütöv yazılmalı, “-” işarəsi ilə sətirdən-sətrə keçirilməməlidir.

9. Nəticədə işin tətbiqi əhəmiyyəti, iqtisadi səmərəliliyi, gələcək tədqiqatların perspektivləri və s. məqalənin elmi sahəsinin xüsusiyyətinə uyğun olaraq, dəqiq qeyd edilməlidir.

10. Elmi mənbələrə istinadlar mötərizədə müəllifin soyadı, nəşr ili göstərilir: Lütfi-Zadənin (Lotfi-Zadeh, 2016) qeyd etdiyi kimi …, əgər iki müəllif varsa, hər iki soyad; ikidən çox olduqda, ilk müəllifin soyadı və b. göstərilir (xarici mənbələr üçün “et al.”);

11. Ədəbiyyat siyahısı əlifba sırası ilə verilir. Siyahıda ən azı 10 mənbə verilir. Ədəbiyyat siyahısına son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. üstünlük verilməlidir. Scopus və Web of Science verilənlər bazalarında dərc olunan məqalələrin istifadəsinə üstünlük verilməlidir. Bir jurnaldakı bir məqalə haqqında ardıcıl məlumatlar daxil edilməlidir (APA standartına uyğun olaraq): müəllifin soyadı, adı, yayımlandığı il, məqalənin adı, jurnalın adı, həcmi / nömrəsi / buraxılışı, səhifə. Elektron məlumat mənbəyi olduqda, linki və daxil olma tarixi tələb olunur. Normativ sənədlər siyahının əvvəlində qeyd olunur.

12. Məqalələr orijinal olmalıdır və əvvəllər digər milli və ya beynəlxalq jurnallara təqdim edilməməlidir.

13. Təqdim edilən məqalə ilk öncə texniki baxışdan keçirilir. Daha sonra Rəyçilər tərəfindən gizli şəkildə resenziya verilir və Antiplagiat sistemində yoxlanıldıqdan sonra redaksiya heyətinin üzvləri tərəfindən tövsiyə olunur və məqalə dərc olunur.

14. Əgər məqaləniz jurnalın yuxarıdakı tələblərinə cavab verirsə, məqalənizi elmixeberler2018@gmail.com elektron poçt ünvanına göndərin.

Bir məqalə təqdim edin

    Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

    anlaşmalı boşanma

    -

    loodgieter den haag

    - toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino